• Bakı 15° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Prezident: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı”

SİYASƏT

28 May 2022 | 16:08

Prezident: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı”

“Keçən il Milli Qurtuluş Günündə, iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Və bu müttəfiqlik özünü hər yerdə göstərir: siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat projelərinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”, - Prezident İlham Əliyev qeyd edib.


SON XƏBƏRLƏR

17 Aprel 2024