• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident Xankəndidə hansı mesajlar verdi? - AÇIQLAMA 

CƏMİYYƏT

16 Oktyabr 2023 | 10:14

Prezident Xankəndidə hansı mesajlar verdi? - AÇIQLAMA

Ötən gün tarixi ana şahidlik etdik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndidə şəhərində, Xocalı şəhərində və Xocavənd şəhərində  Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

“Qarbağın bütün ərazilərdə Azərbaycanın konistitusiyon qurluşunun təmin olunması və dövlət nəzarətinin tam təmin olunması böyük və mühim hadisədir. Uzun illərdir ki, həmin ərazidə separatçılıq davam edirdi”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində verdiyi mesajları şərh edərkən bildirib.

“Xankəndidə verilən mesajlar təkcə Ermənistana aid deyildi. Həm də Ermənistanın havadarlarına mesaj verildi. Azərbaycan işğaldan azad etdiyi digər ərazilərdə olduğu kimi burda da quracaq və yaradacaq. Bu istiqamətdə tədbirlər həyata keçirilməyə başlayıb. Xandəndidə Azərbaycanın dövlət bayrağının dalğalanması həm Ordunun gücü, həm də Azərbaycan xalqının birliyi nəticəsində mümkün oldu”, - deyə deputat Ceyhun Məmmədov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026