• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - DOSYE

CƏMİYYƏT

31 Avqust 2023 | 17:40 | Müəllif: Subhan Mahmudov

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi. İndiyədək bu vəzifəyə heç bir təyinat olmamışdı. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi.

Bakıvaxtı.az Zəfər Qurbanov haqqında məlumatları təqdim edir:

Zəfər Qurbanov 1979-cu ildə anadan olub. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub. Daha əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib.

Rektor səlahiyyətlərini icra etməzdən əvvəl Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub. 

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir./modern.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026