• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Priqojin təslim olmaqdan İMTİNA ETDİ

DÜNYA

24 Iyun 2023 | 13:43

Priqojin təslim olmaqdan İMTİNA ETDİ

“Biz Rusiyanın bundan sonra da korrupsiya şəraitində yaşamasını istəmirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Vaqner” Xusisi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinə cavabında bildirib.

"Heç kim Federal Təhlükəsizlik Xidmətinin başçısının təslim olunması fikrində deyil. Biz ölkənin korrupsiya içində yaşamasını istəmirik”, - Y. Priqojin qeyd edib.

O deyib ki, Ukrayna ilə müharibə aparıldığı açıqlananda vuruşublar: “Ancaq belə çıxır ki, hər şey oğurlanıb. İndi onlar mülki vətəndaşları vururlar, çünki içəri girə bilmirlər”.

“Vaqner”in lideri vurğulayıb ki, vətənpərvərdirlər: “Bizə qarşı çıxanlar isə əclafların ətrafına toplaşanlardır”.

O, Vladimir Putin vətənə xəyanətlə bağlı çox yanıldığını söyləyib: “Biz öz vətənimizin vətənpərvərləriyik. Biz istəmirik ki, ölkədə hiylə, korrupsiya və bürokratiya hökm sürsün”.

Priqojin Putinin təslim olmaq tələblərini də rədd edib: "Biz etiraf etməyəcəyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026