• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pul kartdan necə oğurlanır: - Kim məsuliyyət daşıyır?

CƏMİYYƏT

25 Yanvar 2024 | 15:48 | Müəllif: Qalib İbrahimoğlu

Pul kartdan necə oğurlanır: - Kim məsuliyyət daşıyır?

Son günlər bank kartlarından edilən oğurluqların sayı artıb. Belə ki, kartlarından müəyyən vəsaitlərin onların xəbəri olmadan çıxarıldığını iddia edirlər. Bəs sözügedən oğurluq hallarında kim məsuliyyət daşıyır?

İT üzrə mütəxəssis Elvin Abbasov Bakıvaxtı.az-a bildirib ki, vətəndaş 3D secure kodunu təsdiqləyibsə, bank məsuliyyət danışımır:

“Çünki bank özü də Visa, Mastercard xidmətlərini alır. 3D secure də birbaşa bankın özünün yaratdığı təhlükəszilik sistemi deyil. Beynəlxalq köçürmələr Visa və Mastercard  kimi beynəlxalq xidmətlər tərəfindən həyata keçirilir. Vətəndaş bu barədə problem yaşadıqda ilk növbədə banka müraciət etməlidir. Bank bunu araşdırmalıdır”.

Elvin Abbasov: Vətəndaş bu barədə problem yaşadıqda ilk növbədə banka müraciət etməlidir

Onun sözlərinə görə, dələduzlar fişinq hücumu ilə vətəndaşın istər bank, istərsə də digər məlumatlarını oğurlayırlar:

“Əgər vətəndaşa 3D secure kodu gəlibsə, vətəndaş bunu təsdiqləmiş kimi görünüb, amma təsdiqləməyibsə, demək vətəndaşın cihazı da ələ keçirilib. Vətəndaşa gələn kod da dələduzlar tərəfindən götürülərək təsdiqlənib”.

Mütəxəssis qeyd edib ki, hər bir halda bank məsələdə öz mövqeyini bildirməlidir.

Hüquqşünas, bank-maliyyə eksperti Əkrəm Həsənov isə Bakıvaxtı.az-a bu məsələdə bəzən vətəndaşların da günahkar olduğunu qeyd edib.

Əkrəm Həsənov: Vətəndaş məhkəməyə müraciət edib dəymiş zərəri bankdan tələb edə bilər

Onun sözlərinə görə, vətəndaşlar bəzən kart məlumatlarını üçüncü şəxsə ötürürlər, internetdə haradasa yazırlar. Hətta onlara zəng edib özlərini bankın işçisi kimi təqdim edən şəxslərə məlumatlarını verirlər:

“Amma bəzən də günah bankda olur. Ya bankın işçiləri pulları oğurlayır, ya da bankların İT proqram təminatı zəif olur və xakerlər girib pulları çıxarırlar.Deməli, bankın təhlükəsizlik sistemi yaxşı işləmir. Bu, bankın günahıdır”.

Müsahibimiz vurğulayıb ki, vətəndaş məhkəməyə müraciət edib dəymiş zərəri bankdan tələb edə bilər.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR