• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Putin bu hərbi dairələri bərpa etdi

DÜNYA

26 Fevral 2024 | 17:35

Putin bu hərbi dairələri bərpa etdi

Rusiya Prezidenti Vladimir Putin Leninqrad və Moskva hərbi dairələrinin bərpası haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətləri Cənub Hərbi Dairəsinin tərkibinə daxil olub.

Leninqrad dairəsinə Kareliya Respublikası, Komi Respublikası, Arxangelsk, Voloqda, Kalininqrad, Leninqrad, Murmansk, Novqorod və Pskov vilayətləri, Sankt-Peterburq şəhəri, həmçinin Nenets Muxtar Dairəsi; Moskva dairəsinə Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Moskva, Nijni Novqorod, Oryol, Ryazan, Smolensk, Tambov, Tver, Tula və Yaroslavl vilayətləri, həmçinin Moskva şəhəri daxildir.

Qeyd edək ki, ilk dəfə Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin dekabrında departamentin kollegiyasının iclasında hərbi idarənin iki yeni hərbi dairə yaratmaq planlarını açıqlayıb. Öz növbəsində Putin 2023-cü ilin dekabrında Rusiya Finlandiyanın NATO-ya daxil olması səbəbindən Leninqrad Hərbi Dairəsini yaratmağa məcbur olduqlarını bildirmişdi.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026