Polşanın keçmiş hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski baş nazir Donald Tusku çevrilişdə ittiham edib və ömürlük həbslə hədələyib.
Bakıvaxtı.az xəbər verir ki, Kaçinski bu barədə “Radio Plus” radiostansiyasına bildirib .
“Bu, Cinayət Məcəlləsinin hakimiyyət sisteminin zorla dəyişdirilməsi ilə bağlı 127-ci maddəsinə aid bir hərəkətdir. Bu cür hərəkət edənlərin hamısı həbsxanaya getməlidir. Bu maddə ömürlük həbs cəzasını nəzərdə tutur. Onların başı Tuskdur, ona görə də bu sözlər ona da aiddir”.
Kaçinskinin fikrincə, ölkədə baş verənlər Polşa dövlətinin boz zonaya çevriləcəyi Almaniya-Rusiya sistemini yenidən yaratmaq məqsədi ilə digər ölkələrin maraqlarına xidmət edir.
Qeyd edək ki, Kaçinskinin müsahibəsi Polşanın keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun evində Polşa xüsusi xidmət orqanları tərəfindən aparılan həbslər və axtarışlara həsr olunub . Siyasətçi ölkədə baş verənləri ölümcül və xarici dövlətlərin əli ilə oyun adlandırıb.
Mina Mikayılova









jpeg-1714126989.webp)






