• Bakı 13° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Daha 140 ukraynalı hərbçinin meyiti qaytarıldı

DÜNYA

26 Aprel 2024 | 13:57

Daha 140 ukraynalı hərbçinin meyiti qaytarıldı

Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat veririlib.

Qeyd olunub ki, Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək.

"Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", - deyə məlumatda bildirilib.


SON XƏBƏRLƏR