• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bu məktəblərə şagird qəbulu başladı

CƏMİYYƏT

06 May 2024 | 14:06

Bu məktəblərə şagird qəbulu başladı

Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

Məlumata görə, mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.


SON XƏBƏRLƏR

18 May 2024