Bu il də yay ayları özünəməxsus dəbi və geyim formları ilə fərqlənəcək.
Bəs bu ilin yayında dəbdə olan geyim rəngləri hansılar olacaq? Geyimlərimizdə hansı rənglərə üstünlük verəcəyik?
Dizayner Şəlalə Maqsudova Bakıvaxtı.az-a deyib ki, yay fəslində dəb aləmində həm geyimlərdə, həm də rənglərdə dizaynerlər dəyişikliklər ediblər.
Rənglərdən danışan müsahibimiz qeyd edib ki, yayda xanımlar açıq tonları öz qarderoblarında görmək istəyəcəklər:
“Amma bu il rənglər arasında qırmızı, yaşıl və yasəmən rəngləri daha qabarıq şəkildə dəbdə olacaq. Təbii ki, zövqlər müxtəlifdir. Hər bir xanımın öz sevdiyi rənglər var”.
Dizayner bildirib ki, moda aləmində zamanla öncəki illərin dəblərinin qayıdışlarını görə biləcəyik:
“İllər öncə olan formalar yenidən gündəmə gələ bilir. Heç bir dəbdə olan geyim itmir. Zamanla qayıdış edir”.
Hər bir xanımın qarderobunda müxtəlif ölçüdə, müxtəlif materiallardan hazırlanmış çantalar var. Bu il məhz toxunma parçalardan hazırlanmış, böyük ölçüdə çantalar dəbdə olacaq:
“Əlbəttə ki, hər bir xanım böyük ölçülü çantaları sevməyə bilər. Burada zövq öz sözünü deyəcək”.
Eynəklər də qarderobumuzda yer alan digər aksesuarlardandır. Hazırda tünd rənglərdə, iri eynəklər dəbdə olsa da hər kəsin öz zövqü var.
Könül Mürsəliyeva
BDU-nun tələbəsi
Bakıvaxtı.az
















