Şəkidə illərdir qəzalı vəziyyətdə olan 18 nömrəli orta məktəbin binası 2023-2024-cü tədris ilindən fəaliyyət göstərmir.
Bakıvaxtı.az xəbər verir ki, istismar müddəti bitən bina təmir üçün bağlanıb. Şagirdləri isə qonşu məktəbə yerləşdirilib. Ancaq aradan keçən bu 1 il ərzində qapısına qıfıl vurulan məktəbdən necə deyəllər, bir mismar belə çaxılmayıb. Başqa məktəbdən müəyyən məhdudiyyətlərlə təhsil alan şagirdlər isə vəziyyətdən narazıdır.
Şəki-Zaqatala Təhsil İdarəsindən “ARB Xəbər”ə bildirilib ki, 18 nömrəli tam orta məktəbin tikintisi ilə bağlı texniki layihələndirmə işləri başa çatıb. Hazırda layihə aidiyyatı qurumlarla razılaşdırma mərhələsindədir. Yaxın zamanda mövcud təhsil müəssisəsi söküləcək, yeni məktəb binasının tikintisinə başlanılacaq.
Daha geniş süjetdə:
















