• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ağdaşda bir ton çətənə kolu məhv edildi

CƏMİYYƏT

05 Iyun 2024 | 13:24 | Müəllif: Subhan Mahmudov

Ağdaşda bir ton çətənə kolu məhv edildi

Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026