• Bakı 12° C

    12.45 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

“Crocus" terrorunun izləri Ukraynaya aparır - Şoyqu

DÜNYA

26 Aprel 2024 | 14:10

“Crocus terrorunun izləri Ukraynaya aparır - Şoyqu

“Crocus City Hall” konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib.

Onun sözlərinə görə, bu cinayətdə təqsirli olanların hamısı mütləq layiqli cəzalarını alacaqlar, bu, zaman məsələsidir.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib.

Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

Rusiya İstintaq Komitəsi terror aktına görə (Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb.


SON XƏBƏRLƏR

06 May 2024