• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da keçiriləcək - İDDİA

SİYASƏT

22 Noyabr 2021 | 18:06 | Müəllif: Subhan Mahmudov

Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da keçiriləcək - İDDİA

Ermənistan mediası Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyini iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, erməni teleqram kanalları bu məlumatı yayarkən etibarlı mənbələrə istinad etdiklərini bildirib.

“Noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək”,-deyə iddiada qeyd edilib.

Ermənistan hökuməti bu məlumatı şərh etməyib.

Xatırladaq ki, bir müddət öncə də Putin-Əliyev-Paşinyan görüşü barədə məlumat yayılmış, Rusiya tərəfi bunu inkar etməmişdi. Ancaq 16 noyabr tarixində Ermənistan-Azərbaycan sərhəddində baş vermiş və hər iki tərəfdən itkilərə səbəb olmuş toqquşma bu görüşü gündəmdən çıxarmışdı.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü planlaşdırılıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq rəsmən razılıq verib.(modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR