• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Putin miqrantlarla bağlı göstəriş verdi

DÜNYA

02 Aprel 2024 | 20:13

Putin miqrantlarla bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiyasında çıxış edərək, miqrasiya siyasətinə yanaşmaları "kəskin şəkildə yeniləməyi" tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bu, Rusiya cəmiyyətinin təhlükəsizliyini təmin etmək üçün edilməlidir.

"Biz miqrasiya siyasətinə yanaşmaları dərindən, köklü şəkildə yeniləməliyik. Mən Daxili İşlər Nazirliyindən, digər hüquq-mühafizə orqanlarımızdan və xüsusi xidmət orqanlarından hökumət və prezident administrasiyası ilə birlikdə bütün bu məsələləri hərtərəfli və təfərrüatlı şəkildə həll etməyi xahiş edirəm", - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, miqrasiya prosesinin tənzimlənməsinə müasir rəqəmsal elektron biometrik məlumat bazalarının tətbiqi zəruridir. "İndi işləyənlər, görünür, kifayət deyil. Onlar bizə qeyri-qanuni miqrasiyanın risklərini və residivlərini tam dayandırmağa imkan vermir", - Rusiya lideri bildirib.

Aprelin 1-də Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı qanun layihəsi üzərində işi başa çatdırıb. Qanun əcnəbiləri biometrikadan keçməyə məcbur edəcək və onların ölkədə qalma müddətini ildə 90 günə qədər azaldacaq. Qanun layihəsi martın 22-də "Crocus City Hall"-da baş vermiş terror aktı fonunda hazırlanıb. Təqsirləndirilənlərdən dördü Tacikistan vətəndaşıdır. Onların həbsindən sonra Tacikistanın Əmək Nazirliyi Rusiyadan miqrant axını qeydə alıb, həmçinin ölkədə taciklərin "gündəlik səviyyədə" sıxışdırılması halları barədə məlumat verib./publika.az


SON XƏBƏRLƏR

26 Iyul 2024