• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Putinlə Zelenskinin görüşünə əngəl yaradanlar var - Politoloq

SİYASƏT

05 Aprel 2022 | 12:00 | Müəllif: Qalib İbrahimoğlu

Putinlə Zelenskinin görüşünə əngəl yaradanlar var - Politoloq

Siyasətçilər Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə bitəcəyini desələr də, döyüşlər hələ də davam edir. Minlərlə insan evindən didərgin düşür, ailəsindən ayrı qalır, neçə-neçə uşaq anasız, atasız qalır. Bütün bunlara baxmayaraq, Rusiya və Ukrayna liderləri bir masa ətrafında əyləşib danışıqlar aparmır.

Putin və Zelinskinin görüşmə ehtimalı varmı? Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında müharibə hələ də davam etməkdədir: “Məlum məsələdir ki, bu, əslində, ABŞ və Rusiya arasında davam edən müharibədir. Görünən odur ki, ABŞ və Britaniya Rusiyanı zəiflətməyi qarşılarına əsas məqsəd kimi qoyublar. Moskva da hal-hazırda müharibədən üzü ağ çıxmaq üçün hərbi əməliyyatlardakı taktika və strategiyasını bir qədər dəyişib. Onun fəallığını daha çox Ukraynanın Şərq və Cənub-Şərq vilayətlərində müşahidə etməkdəyik”.

Politoloq qeyd edib ki, keçən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bilavasitə təşkilatçılığı ilə baş tutan Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşü olduqca əhəmiyyətli idi: “Bu görüşdən sonra kifayət qədər ekspert iki tərəf arasında anlaşmanın imzalanmasına nikbin yanaşdı. Hər iki tərəf bir çox məsələlərdə ortaq nəticəyə gəldiklərini qeyd etmişdilər. Lakin elə həmin danışıqlardan sonra London və Vaşinqtonda qeyd etdilər ki, indiki şərtlərlə Rusiyaya inanmaq olmaz, müharibə hələ davam edəcək”.

Z.Məmmədovun sözlərinə görə, görünən odur ki, Putinlə Zeliniskinin görüşməsinə əngəl yaradanlar var: “Eyni zamanda, Rusiya tərəfi hələ bu görüşə hazır deyil. O, bir çox ərazini tutaraq danışıqlara daha əminliklə getmək istəyir”.

Müsahibimizə görə, əgər Putin və Zelinski müharibədən əvvəl görüşsəydilər, indiki proseslər bu həddə baş verməyəcəkdi: “Amma artıq müharibə başlayıb, indiki şəraitdə iki lider arasında görüşün baş tutması olduqca zəruridir. Ümid edək ki, bu görüş baş tutacaq. Çünki Ukraynadakı müharibə Avrasiyanın bütün dövlətləri üçün ciddi çağırışlar və iqtisadi, siyasi, sosial, hərbi təhdidlər təşkil edir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR