• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qadağalar heç bir əlavə fayda verməyib, əksinə... - ÜST

DÜNYA

23 Yanvar 2022 | 01:17 | Müəllif: Qalib İbrahimoğlu

Qadağalar heç bir əlavə fayda verməyib, əksinə... - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının yanvarın 13-də qəbul etdiyi sənəd bu gün rəsmən yayılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, qurumun Fövqəladə hallar komitəsinin tərtib etdiyi sənəddə beynəlxalq səfərlərlə bağlı bəzi tövsiyələr yer alır.

Sənəddə göstərilir ki, sərhədlərin bağlı olması koronavirusun yayılmasına mane olmur. Tam əksinə, yeni mutasiyaların ortaya çıxmasındakı şəffaflığı azaldır. Bu səbəbdən ölkələrarası səfərlərə qoyulan məhdudiyyətləri ləğv etmək və ya yumşaltmaq tövsiyə olunur /apa/. Bu qadağalar heç bir əlavə dayda verməyib, əksinə sosial və iqtisadi streslər yaradır.

ÜST həmçinin bildirir ki, Beynəlxalq Sanitar Qaydaların 40-cı maddəsinə əsasən xarici səfər zamanı peyvəndləmə, test və karantin kimi tələblər səyahət edənin hesabına həyata keçirilməməlidir.

#

APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR