• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadını bıçaqla hədələyərək 15 min manatlıq qızıllarını aldı

HADİSƏ

11 Dekabr 2021 | 15:15 | Müəllif: Subhan Mahmudov

Qadını bıçaqla hədələyərək 15 min manatlıq qızıllarını aldı

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15 000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə birgə saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026