• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qanunsuz heyvan kəsim məntəqələri aşkarlandı

CƏMİYYƏT

09 Dekabr 2021 | 16:03 | Müəllif: Subhan Mahmudov

Qanunsuz heyvan kəsim məntəqələri aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, həyata keçirilən monitorinqlər zamanı Şəmkir şəhəri, R. Rəhimov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov İsrafil Qərib oğluna və rayonun Sabirkənd kəndində fəaliyyət göstərən, Əliyev Nurlan Məhəmməd oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib. Baxış zamanı məntəqələrdə antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026