• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazın limiti ilə bağlı VACİB XƏBƏR - VİDEO

CƏMİYYƏT

08 Yanvar 2022 | 15:22 | Müəllif: Subhan Mahmudov

Qazın limiti ilə bağlı VACİB XƏBƏR - VİDEO

Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub. Şəkillərin 30 faizi oxunmaq üçün yararlı olub. Onlardan  85-90 faizi  artıq emal edilib və bazaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir kii, bu fikirlər "Azəriqaz" İstehsalat Birliyinin "açıq qapı" aksiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirilib.

Eyni zamanda, ölkədə bu ildən smart qaz sayğaclarının tətbiqinə başlanılacağına  dair  açıqlama verilib.

Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev " isə  bu ildən ağıllı sayğacların tətbiqinə start veriləcəyini bildirib ."Azərbaycanda bu vaxta qədər smart sayğac olmayıb. Smart tipli qaz sayğacı olub. Ağıllı sayğacların tətbiqinə bu ildən başlanılacaq"   deyə o qeyd edib.

Bakıvaxtı.az xəzər xəbər-ə istinadla sujeti təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026