• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Apteklərdən "kəpənək", "Nemesil" niyə yoxa çıxıb?

CƏMİYYƏT

07 Fevral 2022 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Apteklərdən "kəpənək", "Nemesil" niyə yoxa çıxıb?

Təəssüflər olsun ki, virus hər gün daha çox insana yoxluxur. Xəstəlik artdıqca, insanların aptekə olan təlabatı daha da artır. 

Bakıvaxtı.az xəbər verir ki, ancaq lazım olan dərmanlar apteklərdə olmayanda insanlar çətin vəziyyətdə qalır. Belə ki, son günlər sistem qoşmaq üçün "kəpənəklər", eyni zamanda, qeyri-steroid iltihab əleyhinə preparat olan "Nemesil", öskürəyə qarşı istifadə olunan "Şirin biyan sərbəti" və s. bu kimi dərmanlar apteklərdə yoxa çıxıb.

Baş çəkdiyimiz bir neçə aptekdə, həqiqətən adlarını sadaladığımız dərmanlar yox idi. Əczaçılar bunun səbəbini depolardan soruşmağımızı məsləhət gördülər: "Bizə depodan verilmir. Verilsə, niyə satmayaq ki?"

"Kəpənək" almaq üçün ən azı 4 aptekə baş çəkdiyini deyən ağsaqqal Mürvət Hüseynov hesab edir ki, bəzi dərmanların olmamasının səbəbi onların qiymətinin qalxacağı ilə bağlıdır: "Baxarsınız, bir neçə gündən sonra apteklərdə "baboçka" da olacaq, "Nemesil" də. Amma bahalaşacaq. Həmişə belə olur, nəyinsə qiymətini qaldırmaq istəyəndə, o satışdan yığışdırılır".

Bakıvaxtı.az məsələ ilə bağlı depolara da müraciət edib. Sorğumuza təxminən eyni cavabı aldıq: "Bəzi dərmanlar depolarda bitib. Amma bu, heç vaxt gəlməyəcək mənasını verməməlidir. Yaxın günlərdə gətiriləcək".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026