• Bakı 19° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTO

HADİSƏ

31 Yanvar 2023 | 09:31

Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTO

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Rəşad Allahverdiyev Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Mehman və Ceyhun Kazımovlar olduğu müəyyən edilib.

“Korçay Dövlət Təbiət Yasaqlığında keçirilən nəzarət tədbirləri zamanı isə ova cəhd edən Goranboy rayon sakini Hidayət Əhmədov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o deyib.
 


SON XƏBƏRLƏR

25 Aprel 2024