• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qanunsuz saxlanılan silahlar götürüldü

HADİSƏ

09 Mart 2024 | 09:45

Qanunsuz saxlanılan silahlar götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, martın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 84 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

    Bundan başqa, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilib.

    Martın 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026