• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

“Qarabağ”  bu hücumçu ilə maraqlanır

İDMAN

05 Sentyabr 2022 | 11:10

“Qarabağ” bu hücumçu ilə maraqlanır

“Qarabağ” Türkiyə “Trabzonspor”-nun futbolçusu Benqali-Fode Koytanı transfer etmək istəyir.

Bakıvaxtı.az  xəbər verir ki, bu məlumatı “61saat” nəşri yayıb.

Türkiyə təmsilçiləri “Hatayspor” və “Girəsunspor”un da 32 yaşlı forvardı  transfer etmək istədiyi bildirilir. Qvineyalının bu təkliflərə müsbət yanaşmadığı bildirilir.

Qeyd edək ki, Benqali-Fode Koyta 2021-ci ildən “Trabzonspor”da çıxış edir. "Trabzonspor" müqaviləsi 2024-cü ildə başa çatan afrikalı forvardla yollarını ayırmaq istəyir.

Səbuhi Elnur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026