• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qarabağ" Avropa Liqasında ilk qələbəsini QAZANDI - YENİLƏNİB

İDMAN

07 Noyabr 2024 | 23:43 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" Avropa Liqasında ilk qələbəsini QAZANDI - YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

23:37

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

59-cu dəqiqədə Abdulla Zubir fərqlənib.

XXX

22:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda davam edən matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

XXX

22:36

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionundakı matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

 

22:32

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa edib - 1:1.

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:24

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

 

21:47

UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürüb.

Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026