• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Qarabağ” hər futbolçuya bu qədər pul ödədi

CƏMİYYƏT

27 Fevral 2024 | 17:17

“Qarabağ” hər futbolçuya bu qədər pul ödədi

“Qarabağ” ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Avropa Liqasının 1/16 final mərhələsində “Braqa” ilə üz-üzə gələn “köhlən atlılar” Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib.

Belə ki, əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini, yəni 37 500 manatını alıblar. Ehtiyatda qalanlara 25 min manat verilib./Sportinfo.az


SON XƏBƏRLƏR

26 Iyul 2024