• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qarabağ" - "Malmö" oyunu bu hakimlərə TAPŞIRILDI

İDMAN

01 Oktyabr 2024 | 12:36

"Qarabağ" - "Malmö" oyunu bu hakimlərə TAPŞIRILDI

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Loran Duhamel (Fransa) hakim-inspektor, Aleksandr Keplin (Qazaxıstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026