• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Qarabağda genişmiqyaslı işlər görülür - Vahid Hacıyev

CƏMİYYƏT

07 Iyun 2023 | 15:58

Qarabağda genişmiqyaslı işlər görülür - Vahid Hacıyev

Qarabağda genişmiqyaslı işlər görülməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Qarabağla bağlı plan bütün bölgənin inkişafıdır. Bunun üçün məqsədyönlü işləyirik. İşğaldan azad edilən ərazilərin bərpası dayanıqlı inkişaf məqsədlərinə əsaslanır”,- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.


SON XƏBƏRLƏR

19 Aprel 2024