• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Qarabağ"ın oyununa 2 min bilet qaldı

İDMAN

11 Oktyabr 2022 | 20:23 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın oyununa 2 min bilet qaldı

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2000 bilet qalıb.

Ağdam klubundan Bakıvaxtı.az-a verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR