• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”ın pley-ofdakı potensial rəqibi müəyyənləşir

İDMAN

05 Avqust 2024 | 09:28

“Qarabağ”ın pley-ofdakı potensial rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Srvena Zvezda” (Serbiya)
"Malmö" (İsveç) - PAOK (Yunanıstan)
"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan)
“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)
“Qalatasaray” (Türkiyə)
"Slovan" (Slovakiya) - APOEL (Kipr)
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)

Liqa yolu

Səpələnmişlər

"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya) - “Yunion” (Belçika)

Səpələnməmişlər

“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə)
“Zaltsburq” (Avstriya) - “Tvente” (Niderland)

Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026