• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Qarabağ"ın potensial rəqibləri açıqlandı

İDMAN

31 Iyul 2021 | 23:47 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın potensial rəqibləri açıqlandı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq. Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərinin birinin qalibi ilə qarşılaşacaq.

SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pasuş de Ferreyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbyu" (İsveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026