• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Qarabağ"ın prezidenti qələbədən danışdı

İDMAN

22 Sentyabr 2023 | 01:16 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın prezidenti qələbədən danışdı

Bu gün yaxşı oyun nümayiş etdirdik. Bu qələbə bizə lazım idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Klubun prezidenti rəqib komandanın qapıçısının yaxşı oynadığını qeyd edib: “Bu münasibətlə onu təbrik edirəm. Çox yaxşı performans göstərdi. Lakin biz hər bir halda qələbə qazandıq”.

Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məmmədəliyevin gedişindən danışıb: “Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddində bizim üçün özəl insan idi, onun özünəməxsus dəst-xəti var idi”.

O, Türkiyə təmsilçisi olan “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında rəsmi görüşün keçirilməsini istədiyini bildirib: “Onlarla qeyri-rəsmi matçda oynamışıq. Amma həmin qarşılaşmada tam güc sərf etmədik. Fikrimcə, “Qalatasaray” kimi möhtəşəm klubla görüşə tamamilə hazırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026