• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

İDMAN

21 Oktyabr 2023 | 14:30

Boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

Azərbaycan boksçusu Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı yarımfinalda yerli rəqibi Stefan Kamoviçi məğlub edib - 3:0 (28:27, 29:26, 29:26). Ü.Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026