Əməkdar artist Tünzalə Əliyevanı son mənzilə yola salanlar arasında həmkarı Vəfa Zeynalova da yer alıb.
Bakıvaxtı.az xəbər verir ki, aktrisa ilə bağlı xatirələrini bölüşən V.Zeynalova xərçəngdən əziyyət çəkən qardaşından danışıb:
"Heyf Tünzalədən. Heç ölmək istəmirdi. Son günlər telefonla çox danışırdıq. Deyirdi ki, çox ağrılarım var. Məni yalnız sən yaxşı başa düşə bilərsən. Çünki rəhmətlik qardaşımla onun dərdi bir idi. Deyirdi ki, bilirsən bu xəstəliyə görə mən nələr çəkirəm. Nə qədər dözsün bu ağrılara, yazıq qız... Hər dəfə kimisə itirəndə özümə gələ bilmirəm. Allah Tünzaləyə rəhmət eləsin".
Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
















