• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rafiq Əzimov: "Böyük sənətkarlarımızı itiririk"

MƏDƏNİYYƏT

21 Fevral 2023 | 12:30

Rafiq Əzimov: "Böyük sənətkarlarımızı itiririk"

Xəbər verdiyimiz kimi, ötən gecə saat Xalq artisti Ramiz Novruz uzun sürən  mədə xərçəngindən vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, aktyorla vida mərasimi evində keçirilir.

Xalq artistləri Rafiq Əzimov mərhum həmkarları ilə bağlı xatirələrini bölüşüb:

"Ramiz müəllim "Sizi dünyalar qədər sevirdim" filmində Həzi Aslanov rolu ilə məşhurlaşıb. Dramaturq kimi də öz qələmini sınamışdı. Bir çox teatrda onun əsərləri nümayiş olunub. Fəxr edirəm ki, aktyorluqdan savayı Ramiz müəllim özünü dramaturq kimi də sınayıb. Səhər ailəsinə baş sağlığı verəndə dedim ki, böyük sənətkarlarımızı itiririk. Çox gözəl deyiblər ki, böyük sənətkarlar yaranır az-az. Hər yerdə hər zaman inci tapılmaz. Ramiz Novruzov elə incilərdəndir ki, qəlbimizdə daim yaşayacaq. Allah rəhmət elesin". /Axsam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR