Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd edilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər sakini S.Fərəcovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Fərəcova xəsarət yetirməkdə şübhəli bilinən sonuncunun qardaşı M.Fərəcov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.
Fakla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
***
Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.





jpg-1694085870.webp)
jpg-1694084887.webp)









