• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qatar qəzası oldu - 60 nəfər yaralandı (YENİLƏNİB)

DÜNYA

03 Iyun 2022 | 17:07

Qatar qəzası oldu - 60 nəfər yaralandı (YENİLƏNİB)

Almaniyanın Qarmiş-Partenkirxen şəhəri yaxınlığında baş verən qatar qəzasında 60 nəfər xəsarət alıb.

Bakıvaxtı.az “Aachener Zeitung”a istinadən xəbər verir ki, yaralılardan 16 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, son məlumata görə, qəza sonucunda 3 nəfər həlak olub.

XXX

Almaniyanın cənubunda Qarmiş-Partenkirxen şəhərində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, çoxlu sayda yalaranan var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin “Bild” nəşri yazıb.

XXX

Almaniyanın Qarmiş-Partenkirxen şəhərindəki qatar qəzasında 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin “Bild” nəşri yazıb.

Məlumata görə, hazırda xilasetmə əməliyyatı aparılır və orada qonşu Avstriyadan olan həkimlər də iştirak edir.

*** 15:42

Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen şəhəri yaxınlığında regional qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Focus-online” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, hadisə sonucunda bir neçə vaqon aşıb. Qəzaya nəyin səbəb olduğu hələ ki məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026