• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

NASA Aya uçuşa hazırlaşır

DÜNYA

03 Iyul 2022 | 16:20

NASA Aya uçuşa hazırlaşır

NASA  "Artemis 1" Ay missiyası çərçivəsində yeni raketin mümkün buraxılışının tarixini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, uğurlu məşqdən sonra NASA raketi uçuş avadanlıqlarının  yığıldığı yerə qaytarıb.

Artemis 1 indi son hazırlıq yoxlamasından keçir və bu ilin sonuna planlaşdırılan debüt uçuşundan əvvəl buraxılışa hazırlaşır.

Bu gün kosmos administrasiyası diqqəti avqustun 23-dən sentyabrın 6-dək olan vaxt aralığına yönəldir.

Bununla belə, hazırda gələcək qrafikə təsir edə biləcək işlər planlaşdırılır. Onların arasında son sınaqlar zamanı aşkar edilmiş texniki çatışmazlıqların həlli də var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR