• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qazaxıstanda partlayışda 9 hərbçi həlak olub - YENİLƏNİB

DÜNYA

27 Avqust 2021 | 13:20

Qazaxıstanda partlayışda 9 hərbçi həlak olub - YENİLƏNİB

Qazaxıstanın Jambıl vilayətində partlayış nəticəsində 4 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev açıqlama verib.

Onun sözlərinə görə, hərbi hissələrin birinin anbarında baş verən yanğının nəticələrinin aradan qaldırılması zamanı 4 hərbçi ölüb.

Qeyd edək ki, dünən axşam saatlarında Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrin birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib. İlkin məlumatlara görə, anbarda azı 6 partlayış olub. Vilayət administrasiyası insident zamanı 66 nəfərin yaralandığını açıqlayıb.

***

Qazaxıstanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, partlayış və yanğının nəticələrinin aradan qaldırılması zamanı həlak olan hərbçilərin sayı 5-ə çatıb.

***

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbaev ölkənin hərbi hissələrinin birində baş verən partlayışla bağlı istefa verməyə hazır olduğunu elan edib. 

***

Ölkənin Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, partlayış nəticəsində həlak olanların sayı 9-a yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR