• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qazi qəza törətdi - Ölən var

HADİSƏ

28 Dekabr 2022 | 09:37

Qazi qəza törətdi - Ölən var

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 28-i gecə saat 1 radələrində şəhər ərazisində 2001-ci il təvəllüdlü, Hüseyn Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən iki avtomobillə toqquşub. Daha sonra onun maşını yolu keçən şəhər sakini Ramil Musayevi vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır.

Məlumat DİN-in Mətbuat Xidmətindən təsdiqlənib.

Qeyd edək ki, hadisəni törədən H.Məmmədovun 2-ci Qarabağ Müharibəsi qazisi olduğu bildirilir. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR