• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bərdədə silahlı şəxs saxlanıldı - FOTO

HADİSƏ

27 Yanvar 2023 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Bərdədə silahlı şəxs saxlanıldı - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bərdədə silahlı şəxs saxlanıldı - FOTOBərdədə silahlı şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026