• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabirabadda maşın aşdı - 4 nəfər yaralandı

HADİSƏ

25 Fevral 2023 | 22:48 | Müəllif: Subhan Mahmudov

Sabirabadda maşın aşdı - 4 nəfər yaralandı

Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində kənd sakinləri: - 1990-cı il təvəllüdlü Teyyubov Adəm Tofiq oğlu, 2022-ci il təvəllüdlü Bədirova Banu Eldar qızı, 1996-cı il təvəllüdlü Bədirova Adilə Cavanşir qızı və 2019-cu il təvəllüdlü Bədirzadə Babək Elvin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026