• Bakı 22° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Qəbələdə narkotacir saxlanılıb

HADİSƏ

05 Avqust 2021 | 10:38

Qəbələdə narkotacir saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən 22 ədəd kağız bükümdə satış məqsədilə daşıdığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Qəbələdə narkotacir saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR