• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Qəbələ"nin futbolçusuna sərt cəza

İDMAN

22 Oktyabr 2021 | 18:46 | Müəllif: Subhan Mahmudov

"Qəbələ"nin futbolçusuna sərt cəza

Bakıvaxtı.az xəbər verir ki, iclasda Premyer Liqanın 7-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub.

Matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev rəqibini başla vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
 
“Sabah” – “Qarabağ” oyununda matçın 27-ci dəqiqəsində “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilib.
 
Görüşdə “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026