• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qəzzaya görə BMT TŞ-dən təcili iclas istədilər

DÜNYA

14 May 2025 | 21:02 | Müəllif: Subhan Mahmudov

Qəzzaya görə BMT TŞ-dən təcili iclas istədilər

Danimarka BMT Təhlükəsizlik Şurasının Qəzzadakı humanitar böhranla bağlı təcili iclas keçirməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen keçirdiyi mətbuat konfransında danışıb.

O, ölkəsinin İsraili Qəzzaya hücumlarını dayandırmağa çağırdığını da açıqlayıb.

“İsrailin hücumlarından tamamilə kənarda qalmışıq. Tel-Əviv yardım üçün maneəsiz çıxışı təcili təmin etməlidir”.

Qeyd edək ki, anklavın Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həlak olanların sayı 52 min 928 nəfərə yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026