• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Qızı Ramiz Məlikin son durumundan DANIŞDI

CƏMİYYƏT

22 Aprel 2023 | 17:29

Qızı Ramiz Məlikin son durumundan DANIŞDI

Xalq artisti, tanınmış aktyor Ramiz Məlikin vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik ağır xəstəlikdən əziyyət çəkir. Müalicəsi davam edir.

Qızının sözlərinə görə, sənətkar ağır vəziyyətdədir:

“Mən məlumat vermək istəmirəm. Çünki dediyim sözləri dəyişdirib yazırlar. Artıq bezmişəm. Məni yalançı çıxarmağa çalışırlar. Adımın hallanmasını da istəmirəm. Xəstəliyi başqa yönlərə yozmağa ehtiyac yoxdur”.

O, atasının bir aydan çox bu vəziyyətdə olduğunu bildirib:

“Atamın səhhəti çox ağırdır. Evdə müalicə alır, xəstəxanada yox. Təxminən 1 aydan çoxdur ki, bu vəziyyətdədir”.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illərdir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026