• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şagirdlər daha çox hansı ixtisaslara üstünlük verir? - AÇIQLAMA

CƏMİYYƏT

22 May 2023 | 15:59 | Müəllif: Qalib İbrahimoğlu

Şagirdlər daha çox hansı ixtisaslara üstünlük verir? - AÇIQLAMA

 “Açıqlanan nəticələrdən görürük ki, 9-cu sinif şagirdlərinin xarici dil və riyaziyyatla bağlı nəticələri kifayət qədər yaxşıdır”.

Bunu Bakıvaxtı.az-a təhsil eksperti Kamran Əsədov 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, aprel və may aylarında 9-cu siniflər üçün keçirilən imtahanlar əvvəlki illərlə müqayisədə daha təkmil həyata keçirilib. Ekspert bildirib ki, pandemiya səbəbindən 9-cu siniflər üçün imtahanların formatında müəyyən dəyişiklik edilmişdi: “Artıq açıqlanan nəticələrdən görürük ki, uşaqların xarici dil və riyaziyyatla bağlı nəticələri kifayət qədər yaxşıdır. Əvvəlki illərdə gördük ki, uşaqlar riyaziyyatla bağlı test tapşırıqlarını cavablandırmaqda müəyyən çətinliklər çəkiblər”.

Müsahibimiz hesab edir ki, hazırda isə 9-cu sinifdən məzun olan uşaqlar texniki fənlərə kifayət qədər meyilləniblər. Bu da onların gələcəkdə İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi kimi ixtisaslara daha da meyillənəcəyindən xəbər verir. K.Əsədov qeyd edib ki, xüsusən, ingilis dili ilə bağlı test tapşırıqlarına Azərbaycan dili ilə müqayisədə daha yüksək cavab vermələri bizi gələcəyə doğru ümidləndirir: “Gələcək texnologiya əsridir, dil bilən uşaqların dövrüdür”.

Ekspertin sözlərinə görə,  imtahan nəticələrinə baxdıqda texniki fənlərlə humanitar fənlərin tandemini görmək olar: “Uşaqların xarici dildən yüksək bal toplaması o demək deyil ki, şagirdlərimiz gələcəkdə humanitar fənlərə meyillənəcək. İlkin ehtimallara görə, hazırda 9-cu sinifdə oxuyanlar 11-ci sinifdə texniki fənlərə yönələcək. Riyaziyyat fənnindən nəticələrin yaxşı olması gələcəkdə uşaqların texniki sahələrə yönələcəyindən xəbər verir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026