• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Günvurma ilə bağlı əhaliyə müraciət edildi

CƏMİYYƏT

21 Iyun 2023 | 15:15

Günvurma ilə bağlı əhaliyə müraciət edildi

Günvurma Günəş şüalarının beyinə təsiri nəticəsində yaranır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, ilkin əlamətlər tənəffüs saylarının artması, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, başgicəllənməsi və s. kimi hallarla müşahidə edilir:

“Həkimə vaxtında müraciət edilməsə, tənəffüs, ürək çatışmazlığı kimi əlamətlər özünü kəskin şəkildə göstərə bilər”.

Həkim bildirib ki, günvurmanın nəticəsinin ağırlığı yaş, alkoqollu içki və s. kimi faktorlardan da asılı olur.

“Günvurma zamanı adamın huşu yerindədirsə, su vermək olar, əks halda isə məsləhət görülmür”, - deyə həkim qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026