• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

CƏMİYYƏT

21 Iyun 2023 | 15:08

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Xızı rayonunun bir neçə kənd bələdiyyəsinin sədrləri cərimələnib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 19-da Xızı rayonu ərazisində keçirdikləri tədbir zamanı meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması) tələblərini pozduğuna görə bir vəzifəli şəxs, 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə isə Fındığan, Giləzi və Sitalçay kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Azərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndiAzərbaycanda vəzifəli şəxslər cərimələndi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR