• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Qoç ət"dəki ölümlə bağlı cinayət işi AÇILDI

HADİSƏ

29 Dekabr 2022 | 10:23

"Qoç ət"dəki ölümlə bağlı cinayət işi AÇILDI

"Qoç ət" KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 28-də şirkətin paytaxtın Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində qeydə alınıb.

Belə ki, həmin sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb. Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR